• Şikayət et

Deputatdan ETİRAF: "Taksiyə əyləşmişəm, sürücü yatıb" - VİDEO

"Xidmət sahəsində müəyyən standartlar olmalıdır. Təsəvvür edin ki, çox təəssüflər olsun ki, mənim başıma gəlib. Taksiyə əyləşmişəm sürücü yatıb". Yaxuda sürücü avtombili idarə etmə gücündə deyil. Bu onu göstərir ki, sürücü sabaha qədər yatmayıb. Hər an qəza törədə bilər".

BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev deyib. "Space TV"də yayımlanan "Qarışıq gündəm" proqramına dəvət olunan  deputat taksilərin normal faəlaiyyəti üçün müəyyən standartların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb:

"Biz dəfələrələ qəza hadisəsi ilə rastlaşırıq. Nəticədə məlum olur ki, sürücü ilk dəfədir sükan arxasında əyləşib, sürücülük vəsiqəsi belə yoxdur. Taksi sürücülərini işə götürən şirkətlər onlarla müqavilə imzaladıqda mütləq bu standratlara cavab verib-verməməsini yoxlamalıdır. Burada insan taleyindən söhbət gedir. Bu həm sürücünün, həm də təhlükəsizliyini təmin edəcək. Bu baxımdan düşünürəm ki, gec-tez standratlar müəyyənləşdirilməldir".

Mənbə:
0
42
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar