Deputat: “Oğuz və Qəbələnin elə kəndləri var ki, ucqar deyil, amma orada ATS belə yoxdur”

Milli Məclisin iclasında çıxış edən deputat Aqiyə Naxçıvanlı təmsilçisi olduğu dairənin problemlərindən bəhs etdi.

“Pandemiya. internetdən istifadənin nə qədər zəruri olduğunu xatırlatdı”, deyən deputat xatırlatdı ki, pandemiyada əksər layihələr internet üzərindən baş tutdu: “Bu məsələlər rabitə sahəsində problemləri də ortaya qoydu. İnternetin zəifliyi problemlər yarandı. Provayderlər günahı rabitə qovşaqlarına, onlar isə başqa qurumlara atırlar. Oğuz və Qəbələnin elə kəndləri var ki, ucqar deyil, amma orada ATS belə yoxdur. Bu kəndlərdə internetin yoxluğundan danışmaq mümkün deyil. Rabitə problemlərinə, xüsusilə regionlarda mövcud çatışmazlıqlara diqqət yetirilməsini istəyərdik”.

Ardınca A.Naxçıvanlı Oğuzun digər probleminə diqqət çəkdi. Bildirdi ki, mavi yanacaqla təmin olunma sahəsində çatışmazlıqlar olduğundan meşələr qırılır.

E.Paşasoy,

Musavat.com

0
29
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar