Professor Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görülüb - FOTO

Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA - Beynəlxalq Akademiya Mükafatı növbəti laureatları açıqlanıb.

Üç laureat arasında Kopenhagen Universitetinin azərbaycanlı professoru Dr. Məsud Aşina da var. O, Sağlamlıq və Həyat Elmləri kateqoriyasında mükafata layiq görülüb.

Mükafatlar 28 dekabr 2021-ci ildə Türkiyə Prezidentinin Rezidensiyasında keçiriləcək TÜBA-TÜBİTAK Elm Mükafatları Mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, Prof. Dr. Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakıda anadan olub. 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. Baş ağrısı sahəsinin ən əhəmiyyətli mütəxəssislərindən biri olan Jes Olesenin rəhbərliyində təhsilini tamamlayaraq, yüksək nailiyyətləri sayəsində eyni universitetdə qalıb və akademik həyatını uğurla davam etdirib. Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hazırda İnsan Miqren Araşdırmaları Mərkəzinin Direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü seçilib.

  • Professor
  • Professor
Mənbə:
0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar