Livanın informasiya naziri istefa verib

Livanın informasiya naziri Corc Kordahi istefa verib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün nazir özü jurnalistlərə bildirib. O, istefa ərizəsini ölkə prezidenti Mişel Auna təqdim etdiyini deyib.

Qeyd olunur ki, C.Kordahi bir neçə ay əvvəl "Əl-Cəzirə" telekanalının efirində Yəməndə husi üsyançılarını müdafiə edərək Səudiyyə Ərəbistanını və digər Körfəz ölkələrini bu ölkəyə hücumda ittiham etmişdi.

Nazirın açıqlamaları Livanla bir sıra ölkələrin münasibətlərinin gərginləşməsinə səbəb olmuşdu.

Mənbə:
0
39
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar