Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı

Bu günə qədər "YAŞAT" Fonduna bütün valyuta hesablarından 64 milyon 815 min manat vəsait daxil olub.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov Real TV-yə müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Fondun maliyyə mənbəyi dövlət büdcəsindən deyil, vətəndaşlarımızın, iş adamlarının, dünya azərbaycanlılarının etdiyi könüllü ianələr əsasında formalaşıb.

"Bu ianələr hesabına biz şəhid ailələri və müharibə əlillərinə - qazilərimizə dəstək göstəririk. Bu günə qədər "YAŞAT" Fonduna bütün valyuta hesablarından 64 milyon 815 min manat vəsait daxil olub. Bu da kifayət qədər böyük bir məbləğdir. Daxil olan vəsaitin 49 milyon 353 min manatı Fondun 4 fəaliyyət istiqaməti üzrə xərclənib. Hazırda Fondda 15 milyondan artıq vəsait qalıb", - deyə o bildirib.

Mənbə:
0
30
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar