Dağıstanda yeni rəhbər seçildi

Dağıstan Respublikasının Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.

 

Modern.az xəbər verir ki, Məclisin 90 deputatından 82-si ona səs verib.

 

Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın rəhbəri Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.

Mənbə:
0
34
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar