Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb


    Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu il ozon dəliyi 1979-cu il ilə müqayisədə 75% böyüyüb. Ozon qatı Yer səthi üzərində 11 km-dən 40 km hündürlüyə kimi yerləşir. O, planeti ultrabənövşəyi şüalanmadan qoruyur. İnsanların fəaliyyətləri nəticəsində ifraz olunan zərərli kimyəvi birləşmələr ilə reaksiyaya girən Günəş işığı səbəbilə hər il qış fəslinin sonunda Cənub yarımkürəsi üzərində ozon dəliyi əmələ gəlir. Aerozol silindrlərdə və soyuducu qurğularda istifadə edilmiş halokarbonların qadağan edilməsindən sonra ozon qatı tədricən bərpa olmağa başlamışdı.

    Lakin bu çox ləng prosesdir və o, 2060-2070-ci ilə kimi davam edə bilər. Bu il isə ozon dəliyinin ölçüsü rekord həddə çatıb. Vincent-Henri Peuch adlı mütəxəssisin sözlərinə əsasən hal hazırki ozon dəliyi 2020-ci ildə müşahidə edilmiş dəliyə bənzəyir. Həmin dəlik çox uzun müddət ərzində öz vəziyyətini saxlamışdı və yalnız Milad bayramına yaxın vaxtda bərpa olmuşdu. O həmçinin qeyd edib ki, bu cür vəziyyət mütləq şəkildə atmosfer proseslərinin pozulmasından xəbər vermir. Lakin mütəxəssislər bu hadisənin miqyasına təsir edən səbəbləri ciddi şəkildə araşdırmalıdırlar.


Mənbə:
0
840
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar