Britaniya parlamenti Boris Consonun Yeni il tətili xərclərini araşdırmağa başladı

Böyük Britaniya Baş nazir Boris Consonun 2019-cu il dekabr ayının sonundan 2020-ci ilin yanvar ayının əvvəlinədək Karib dənizindəki Myustik adasına tətilinin maliyyələşmə mənbələri ilə bağlı araşdırma başladılıb.

TASS xəbər verir ki, Parlamentinin Standartları komissarı Ketrin Stoun istintaq başladıldığını təsdiqləyib.

Consonun nişanlısı Kerri Simonds ilə 15 000 funt sterlinq dəyərində Yeni il gəzintisi ilə bağlı qalmaqal, 12 dekabr 2019-cu il parlament seçkilərindəki qələbəsindən bir müddət sonra meydana gəlib.

Tətil qalmaqalı Consona qarşı aparılan ikinci istintaqdır. 28 aprel tarixində Britaniyanın Seçki Komissiyasının baş nazirin iqamətgahında təmir ödəmələri ilə əlaqədar hallar barədə araşdırma başlatdığı məlum olub.

0
62
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar