“Bline” internet provayderi “SmartPay”ə qoşulub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə daha bir internet provayderi əlavə olundu.

Fins.az xəbər verir ki, “SmartPay” ödəmə sisteminə “Bline” internet provayderi də qoşuldu.

Artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Bline”  seçib abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, AZCLOUD bulud xidmətləri nəzdində təqdim olunan  “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.

Müəllif:Aynur Qəniyeva

Mənbə:
0
69
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar