"Beşiktaş" "Fənərbaxça"nın keçmiş futbolçusu ilə anlaşdı

"Beşiktaş" yeni futbolçu ilə anlaşıb.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"dən ayrılan Jozef de Souza İstanbul klubu ilə ilkin razılığa gəlib.

"Qara qartallar" 31 yaşlı yarımmüdafiəçiyə 1+1 illik müqavilə təklif edib. Klub rəhbərliyi Jozefə illik 1,3 milyon avro maaşı ödəməyə hazır olduğunu bildirib. İlkin təklifi müsbət qiymətləndirən braziliyalı futbolçu transferi rəsmiləşdirmək üçün İstanbula yollanıb.

Növbəti günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

Jozef 2015-2018-ci illərdə "Fənərbaxça"da oynayıb. O, 2018-ci ildə İstanbul klubundan "Əl-Əhli"yə 12 milyon avro qarşılığında keçmişdi.

0
426
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar