• Şikayət et

Taliban əfqan qadın tərcüməçini döyərək öldürdü - FOTO

Talibanın Əfqanıstanın Cəlalabad şəhərində etiraz aksiyasını dağıtması nəticəsində ən azı bir nəfər ölüb, yeddi nəfər isə yaralanıb.

AzerForum.Com xarici KİV-ə istinadən xəbər verir ki, Cəlalabadda onlarla etirazçı çərşənbə günü Əfqanıstanın milli bayrağını qaldırıb, Talibana qarşı etiraz ediblər. Bundan sonra aksiyaya müdaxilə edilib.

Əfqanıstanın rəsmisi “Associated Press”ə bildirib ki, silahlılar daha sonra atəş açaraq, insanları dəyənəklə döyüblər.

Həmçinin əcnəbilərlə, xüsusən də amerikalılarla işləyən əfqan tərcüməçiləri Taliban küçənin ortasında döyərək öldürüb.

Tərcüməçinin biri qadındır və ABŞ da təhsil alırmış.
Başqa mənbə isə 3 nəfərin öldüyünü və 10-dan çox insanın yaralandığını bildirib.

Bəsti Məmməd


Mənbə:
0
1761
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar