• Şikayət et

İsrailin Baş naziri Baydenlə görüşəcək

İsrailin Baş naziri Naftali Bennett avqustun 26-da Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

AzerForum.Com xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Prezident və Baş nazir Bennett İran da daxil olmaqla regional və qlobal təhlükəsizlik ilə bağlı kritik məsələləri müzakirə edəcəklər.

"Səfər iki liderin israillilər və fələstinlilər üçün sülh, təhlükəsizlik və firavanlıq naminə səyləri, həmçinin bölgə üçün daha sülhpərvər və təhlükəsiz bir gələcəyin qurulması üçün çalışmağın vacibliyini müzakirə etmək imkanını verəcək",-deyə məlumatda bildirilir.
Mənbə:
0
2432
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar