• Şikayət et

Bakupost.az - Xorvatiya yarımfinala yüksəldi - VİDEO

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.


AzerForum.Com bildirir ki, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.


90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.


Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda da Yaponiyanı penaltilər seriyası ilə üstələyib.


Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.



Şərhlər
    Mənbə:
    0
    45
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar