Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub, xəsarət alanlar var.
Hadisə rayonun "Kraz yolu" adlanan ərazidə qeydə alınıb.
"VAZ" markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Hadisəyə səbəb sürücülərdən biri hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Seçilmiş Zəngimcell