• Şikayət et

Bakıda özünü 4-cü mərtəbədən atan 16 yaşlı qızın son durumu açıqlandı

15:35

Bakıda çoxmərtəbəli binanın eyvanından özünü atan gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib: “Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.

***

14:55

Bakıda daha bir intihar faciəsi baş verib. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 52 ünvanında yerləşən çoxmərtəbəli binanın 4-cü mərtəbəsindən gənc qız özünü aşağı atıb  həyətdə dayanan avtomobillərdən birinin  üzərinə düşüb. Onun çoxsaylı xəsarətlər aldığı bildirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə intihara cəhd edən gənc qız Kliniki Tibbi Mərkəzə aparılıb. Məlumata görə həmin qız binada anası ilə birlikdə kirayədə yaşayırdı.

 

Mənbə:
0
1922
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar