<div class="kvgmc6g5" cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Aztibb.az “Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Emin Allahverdiyevi təqdim edir.
Emin Allahverdiyev Mərkəzi Gömrük Hospitalında EKQ, ExoKardioqrafiya, Fiziki Yük sınağı (Stress Test), Holter Monitorinqi, Kardioversiya, Koronar Angioqrafiya və Koronar Angioplastika ilə məşğul olur.
E. Allahverdiyev 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008-2009-cu illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda, 2010-2011-ci illərdə Mərkəzi Neftçilər xəstəxanasında, 2011-2020-ci illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında işləmişdir. 2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır.
Dr.Emin Allahverdiyev öz üzərində daim çalışan yüksəkixtisaslı mütəxəssisdir. O, 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunda Exokardioqrafiya üzrə, 2019-cu ildə Türkiyənin Ankara şəhərində Başkent Universiteti Ankara Xəstəxanasında ExoKQ və Koronar Angioqrafiya, 2021-ci ildə isə Minsk şəhərində Elmi-praktik Kardiologiya İnstitutunda invaziv müdaxilələr üzrə kurslar keçmişdir.
 <div dir="auto" style="text-align:;" justify;">Dr. E.Allahverdiyev daim öz üzərində çalışır, dünya mətbuatını izləyir və öz sahəsinə aid bütün yenilikləri, elmi nailiyyətləri mənimsəyərək, öz gündəlik təcrübəsində tətbiq etməyə çalışır. O, beynəlxalq konfranslarda, o cümlədən 2014-cü ildə Polşa Kardiologiya Cəmiyyətinin Poznan şəhərində təşkil etdiyi konqresdə, 2017-ci ildə Avropa Kardiologiya Cəmiyyətinin Barselona, 2018-ci ildə Münhen şəhərlərində təşkil etdiyi konqreslərdə və Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi konfranslarda fəal iştirak etmişdir.
 <div dir="auto" style="text-align:;" justify;">O, Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin üzvüdür.
 <div dir="auto" style="text-align:;" justify;">Dr.Emin Allahverdiyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
<p style="text-align:;" justify;">Dəri orqanizmin qoruyucu təbəqəsidir və bu təbəqə zədələndiyi zaman mikroblar asanlıqla orqanizmə daxil olur. Ona görə də vaxt itirmədən yaranı dezinfeksiya etmək lazımdır, çünki müdaxilə etmədikdə tetanus xəstəliyinə aparıb çıxara bilər.
 <p style="text-align:;" justify;">Tetanus ağır infeksion xəstəlikdir və həmin bakteriya qum, torpaq və çirkli sudan keçir. Xəstəlik özünü qıcolmalarla büruzə verir. Əsas əlamətləri isə yüksək temperatur, oynaq ağrıları, ürəkbulanma, qızartı və şişkinlikdir.
 <p style="text-align:;" justify;">Həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, uşaqları çirklənmiş yaralardan, yəni dəri tamlığının pozulması ilə bağlı torpaq və kirlənmiş yaralardan tetanus adlanan infeksiyaya yoluxma riski var ki, həmin infeksiyanı çox vaxt valideynlər paslı mismar batarkən yoluxan infeksiya hesab edirlər. Lakin qeyd etmək lazımdır ki, valideynlər çirklənmiş bütün yaralardan həmin infeksiyanın keçə biləcəyini nəzərə alaraq uşaqları peyvənd etdirməlidirlər. Ona görə tetanusa qarşı ən azı üç doza peyvənd olunmayan uşaqlar hər zaman həmin infeksiya qarşısında yüksək risk qrupuna malikdirlər”.
 <p style="text-align:;" justify;">Peyvənd olunmayan uşaq zədələnibsə, dərhal ona tetanus əleyhinə xüsusi zərdab və yaxud anatoksin vurulmalıdır.
İyulun 5-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Spektr Med şirkətinin birgə təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar həyata keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev vebinar iştirakçılarını salamlayaraq diaqnozun qoyulmasında və uğurlu müalicə işinin təşkilində laborator nəticələrin doğruluğunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Mərkəzi Gömrük Hospitalının laboratoriyasının ən müasir avadanlıqlarla təchiz olunduğunu vurğulayaraq bu sahədə çalışan mütəxəssislər üçün davamlı olaraq təkmilləşdirici tədbirlərin həyata keçirildiyini qeyd edib. Vebinarın mütəxəssislərarası təcrübə mübadiləsi üçün maraqlı bir platforma olacağına inandığını qeyd edən İ.Əfəndiyev çıxışının sonunda vebinarın işinə uğurlar arzu edib.
Tədbirdə, eyni zamanda, Spektr Med şirkətinin texniki dəstək və təlim şöbəsinin müdiri Sərxan Nəcəfli və satış və marketinq şöbəsinin baş mütəxəssisi Zülfü Bayramlı da çıxış edib. Onlar davamlı və uğurlu əməkdaşlığa görə təşəkkür edərək dinləyiciləri sual-cavab və müzakirələrdə aktiv olmağa səsləyiblər.
Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyevanın moderatorluğu ilə həyata keçirilmiş vebinarda Spektr Med şirkətinin Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri Ramazan Ayaş və Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri Özgen Büyükgöze kliniki laborator müayinələrin yeni nəsil, Yaponiya istehsalı Sysmex sistemləri vasitəsi ilə tədqiqi prinsiplərinə dair məruzə ilə çıxış ediblər, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.
Vebinarda Mərkəzi Gömrük Hospitalının həkimləri, orta tibb personalı və rezidentlər iştirak edib. Daha geniş auditoriyanın maarifləndirilməsi məqsədilə vebinar Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından bildirilib ki, Zaur Əliyev xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. 
Görüşdə iştirak edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, xəstəxana bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir.
Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını diqqətə çatdırıb. G.Əliyeva vurğulayıb ki, müəyyən yenidənqurma işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. 
Xəstəxananın korpus və şöbələrini gəzən Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev buradakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. 
Zaur Əliyev, həmçinin xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb. O, bu səhiyyə müəssisəsinin daha səmərəli fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini vurğulayıb.
Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib.
İyulun 5-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləməsi keçirilib.
Dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqindən keçən dövr ərzində görülən işlər, qarşıya çıxan çətinliklər, əldə olunan nəticələr barədə söz açıb. O, ötən müddət ərzində göstərilən tibb xidmətlərinin əhatə dairəsi, kəmiyyəti barədə statistik göstəriciləri açıqlayıb.
Zaur Əliyev icbari tibbi sığorta zərfinin əhatə dairəsinin genişləndirilməsindən və agentliyin tabeliyindəki müəssisələrdə kadr potensialının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.
Tədbirdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşa şəhərində keçirilməsini Azərbaycanın dövlətçilik və qanunvericilik ənənələrinin Şuşada davam etdirilməsi baxımından önəmini vurğulayıb, bu tədbirlərin mənəvi, siyasi əhəmiyyətinə toxunublar.
Komitələrin sədr müavinləri Rəşad Mahmudov və Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov, Jalə Əliyeva, Kamilə Əliyeva, Vüqar Bayramov, Sədaqət Vəliyeva, Arzu Nağıyev, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
7 aylıq dünyaya göz açmış körpə yaşaya bilmək üçün uzun müddət reanimasiyada mübarizə aparıb və böyrəyini itirmək təhlükəsi ilə qarşılaşıb.
Aztibb.az xəbər verir ki, körpənin böyrəyində ciddi genişlənmə olduğu üçün uzman uşaq cərrahı Fuad Hüseynova müraciət olunub. 
Böyrəkdəki 4-cü dərəcə genişlənmənin səbəbi böyrək ləyənin sidik axarına keçən hissəsində darlığın olması idi", - deyə bildirən F.Hüseynov əlavə edib ki, ciddi qan azlığı olduğu üçün qan köçürülüb və çəkisi 3500 qr olan körpə böyrəyi qorumaq üçün məcburi cərrahi əməliyyata alınıb.
Əməliyyatla böyrək ləyənin çıxışında olan dar seqment çıxarılaraq sidik axarı böyrək ləyəninə tikilib və sidiyin rahat axması təmin edilib.
<div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Organization of Medical Projects" (OMP) şirkətinin birgə əməkdaşlığı ilə 3 iyul 2022-ci il tarixdə II Uroginekoloji və Reproduktiv Təbabətin Problemləri adlı elmi praktik tibbi konfrans təşkil olunub. Konfransda ginekoloq, cərrah, radioloq və digər həkim-mütəxəssislər iştrak ediblər.
Aztibb.az xəbər verir ki, Türkiyə Uroginekoloji və Pelvik Rekonstruktiv Cərrahiyyə Dərnəyinin akademik kadrları, eləcə də İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının akademik kadrının iştirakı ilə keçirilən konfransın əsas məqsədi uroloji, ginekoloji və reproduktiv təbabətin aktual problemlərini müzakirə etmək, sidik saxlamazlıq, sidik qaçırmada cərrahi əməliyyatların yeni nailiyyətlərini diqqətə çatdırmaq, əldə olunan müvəffəqiyyətləri və risk faktorlarını bölüşmək olub.
Konfransda sağlam nəslin yetişməsində və formalaşmasında reproduktiv sağlamlığın əhəmiyyəti, ginekoloji və uroloji vəziyyətləri vaxtında aşkarlamaqla yarana biləcək ağırlaşmaların qarşısını almağa yönələn tibbi nailiyyətlərin rolu xüsusi vurğulanıb.
Səmərəli fikir mübadiləsi əsasında aparılan konfrans müddətində video təqdimatlar nümayiş olunub və professorlarla canlı bağlantılar qurulub.
 <div dir="auto" style="text-align:;" justify;">Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.
<div class="kvgmc6g5" cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Aztibb.az Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Gülnar Nuriyeva haqqında məlumatları təqdim edir.
 <div dir="auto" style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, Gülnar Nuriyeva 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında həkim-onkoloq kimi internatura təhsili almışdır.
O, 2012-2016-cı illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitet Xəstəxanasında mama-ginekoloq ixtisası üzrə, 2018-2021-ci illərdə isə İsrailin Qüds şəhərində Hadassah Universitet xəstəxanasında Ekstrakorporal mayalanma təhsil proqramı üzrə üst ixtisas əldə etmişdir. Türkiyə və İsrail Ginekologiya Cəmiyyətlərinin həqiqi üzvüdür.
 <div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Bir sıra Beynəlxalq Qadın xəstəlikləri və Doğum konfranslarının iştirakçısı və məruzəçisi olmuşdur. O, 2021-2022-ci illərdə özəl tibb müəssisəsində Doğum şöbəsinin müdiri, mama-ginekoloq kimi çalışıb. 28 iyun 2022-ci il tarixdən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyətə başlayıb.
Aztibb.az Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Gülnar Nuriyevanı haqqında məlumatları təqdim edir. Gülnar Nuriyeva 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında həkim-onkoloq kimi internatura təhsili almışdır.
Aztibb.az xəbər verir ki, Gülnar Nuriyeva 2012-2016-cı illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitet Xəstəxanasında mama-ginekoloq ixtisası üzrə, 2018-2021-ci illərdə isə İsrailin Qüds şəhərində Hadassah Universitet xəstəxanasında Ekstrakorporal mayalanma təhsil proqramı üzrə üst ixtisas əldə etmişdir. Türkiyə və İsrail Ginekologiya Cəmiyyətlərinin həqiqi üzvüdür.
Bir sıra Beynəlxalq Qadın xəstəlikləri və Doğum konfranslarının iştirakçısı və məruzəçisi olmuşdur. O, 2021-2022-ci illərdə özəl tibb müəssisəsində Doğum şöbəsinin müdiri, mama-ginekoloq kimi fəaliyyət göstərib.
28 iyun 2022-ci il tarixdən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyətə başlamış Gülnar Nuriyevanı yeni təyinatı münasibətlə təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq!
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin həkim-fizioterapevti Səidə Kərimova 3-8 iyul 2022-ci il tarixlərində Portuqaliya Respublikasının Lissabon şəhərində Fizioterapiya və Reabilitasiya üzrə 16-cı Dünya Konqresində iştirak edir.
Fiziki və Reabilitasiya Tibbi üzrə Beynəlxalq Cəmiyyətin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın müxtəlif ölkələrindən reabilitasiya üzrə mütəxəssislər tibbin fizioterapiya sahəsində olan ən son yeniliklərini müzakirə edirlər.
4 iyul 2022-ci il tarixində Dr. Səidə Kərimova konqresin poster sessiyasında “Boyunda fəqərəarası disk yırtıqlarının fermerlərlə müalicə imkanları” mövzusunda çıxış edib. Mərkəzi Gömrük Hospitalının fizioterapevtinin təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinin müdiri Rüstəm Hüseynov 27.06.2022-01.07.2022-ci il tarixlərində Finlandiyanın Turku şəhərində keçirilən Beynəlxalq Neonatal Skrininq Sammitində iştirak edib.
Tədbirdə irsi xəstəliklərin erkən aşkarlanması üçün icra olunan topuq testinin incəlikləri, götürülmə qaydası, statistik məlumatlar haqqında çıxışlar, təqdimat və müzakirələr baş tutub.
Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti seminar keçirib.
Təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov çıxış ediblər.
"Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi" mövzusunda keçirilən interaktiv təlimdə dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları ilə satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının budəfəki qonağı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Məhəmməd Quliyevdir.
Məhəmməd Əliqara oğlu Quliyev 1958-ci ildə Tərtər rayonunda anadan olub. 1977-1983-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1984-cü ildə Bakı şəhər Onkoloji Dispanserdə internatura keçib.
O, 1984-1987-ci illərdə təyinatı üzrə Mingəçevir şəhər Onkoloji Dispanserdə həkim-onkoloq kimi fəaliyyət göstərib. 1987-ci ildə Mingəçevir ŞMX-nın Cərrahiyə şöbəsində cərrah işləyib. 2019-cu ildə həmin şöbənin müdiri vəzifəsinə təyin edilib.
5 iyul 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Spektr Med şirkətinin təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda vebinar həyata keçiriləcək.
Vebinarda Spektr Med şirkətinin Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri Ramazan Ayaş və Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri Özgen Büyükgöze kliniki laborator müayinələrin yeni nəsil, Yaponiya istehsalı Sysmex sistemləri vasitəsi ilə tədqiqi prinsiplərinə dair məruzə ilə çıxış edəcək, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandıracaqlar.
Tədbir saat 15:00-dan 17:00-dək Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
Vebinar barədə detallı məlumat almaq üçün linkə keçid edə bilərsiniz: https://customshospital.az/05-iyul-kliniki-laborator-mayinlrin-yeni-nsil-sysmex-sistemlri-vasitsi-il-tdqiqi/ 
Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlinməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-yə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.
Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.
Qeyd edək ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.
“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkimi Məlahət Mustafayeva haqqında məlumatları təqdim edirik.
Məlahət Əlövsət qızı Mustafayeva 1963-cü ildə Mingəçevir şəhərində anadan olub. 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1987-ci ildə Mingəçevir ŞMX-nın Terapiya şöbəsində internatura keçib.
O, 1988-ci ildə Mingəçevir ŞMX-nın 2 saylı poliklinikada sahə həkimi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə İnşaatçılar poliklinikasında həkim-terapevt işləyib. 2017-ci ildən Mingəçevir ŞMX-nın 1 saylı ASM-də ailə həkimi kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Pediatr Endokrinoloqlar Cəmiyyətinin rəhbərliyi, Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş ekspert-mütəxəssisi Babək Salekin sədrliyi ilə Bakı şəhərində Uşaq Endokrinoloqlarının I Konqresi keçirilib.
Pediatrlar, uşaq endokrinoloqları və ailə həkimləri üçün nəzərdə tutulan tədbirdə respublikamızın müxtəlif rayon və şəhərlərindən 250-yə yaxın həkim iştirak edib. Tədbirin məqsədi endikrinoloji xidmətinin yaxşılaşdırılması, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin və effektivliyinin artırılması, tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Konqresdə uşaq endokrinologiyasının bütün sahələrini əhatə edən müxtəlif və aktual mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 5 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.
<p style="text-align:;" justify;">Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.
 <p style="text-align:;" justify;">Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
 <p style="text-align:;" justify;">“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, - Hande Harmancı bildirib.
 <p style="text-align:;" justify;">Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb. Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.
Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi vəfat edib.
Bu barədə BMU-dan məlumat verilib.
Bildirilib ki, universitetin Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının II kurs tələbəsi Nümayişli Aytac Samir qızı uzun sürən xəstəlikdən sonra vəfat edib.