Azərbaycanın xarici ticarət dövriyyəsi 14,6 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 14 milyard 650,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 259,1 milyon dollar, idxalın dəyəri 5 milyard 391,2 milyon dollar təşkil edib, nəticədə 3 milyard 867,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artıb, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Gürcüstan, Hindistan, Ukrayna, İspaniya, İsrail, Birləşmiş Krallıq, Portuqaliya, ABŞ, Xorvatiya, Tunis, İran, Belarus, İsveçrə, Tailand, Kanada və Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,1 faizi Rusiyanın, 15,2 faizi Türkiyənin, 12,9 faizi Çinin, 6,3 faizi Almaniyanın, 4,3 faizi ABŞ-ın, 4,1 faizi Ukraynanın, 4 faizi İtaliyanın, 3,4 faizi İranın, 2,5 faizi Birləşmiş Krallığın, 2,1 faizi Yaponiyanın, 2 faizi Koreyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, hər biri 1,1 faiz olmaqla Belarus, Polşa və Vyetnamın, hər biri 0,9 faiz olmaqla Niderland və İsveçrənin, 16,2 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyun aylarında mühüm məhsul növlərindən buğda idxalı 12 faiz, bitki yağları 2,3 faiz, xam şəkər və şəkər 15,6 faiz, çay 11,2 faiz, kartof 14,5 faiz, təzə tərəvəz 44,5 faiz, siqaretlər 0,5 faiz, minik avtomobilləri 1,7 dəfə, dərman vasitələri 1 faiz, hesablama maşınları, blok və qurğuları 11,9 faiz, rezin şinlər 1,6 dəfə, yük avtomobilləri 2,1 dəfə, mebellər 33,6 faiz, paltaryuyan maşınlar 28,5 faiz, məişət soyuducuları 9,4 faiz artıb, təzə meyvə idxalı isə 1,6 faiz, kərə yağı, digər süd yağları və pastaları 6,9 faiz, quş əti və onun əlavə məhsulları 28,4 faiz, mal əti 41,9 faiz, polad prokatı 43,6 faiz, qara metallardan borular 35,8 faiz, mineral gübrələr 44 faiz, məişət kondisionerləri 4,1 faiz, qara metallardan çubuqlar 70,4 faiz, polietilen 44,2 faiz, qara metallardan künclüklər 26,4 faiz, avtobuslar 21,1 faiz, sement və sement klinkerləri 35,4 faiz azalıb.

İxracın 35,9 faizini İtaliyaya, 15,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,4 faizini Gürcüstana, 4 faizini Hindistana, 3,9 faizini İspaniyaya, 3,7 faizini İsrailə, 2,9 faizini Portuqaliyaya, 2,6 faizini Xorvatiyaya, hər biri 2,3 faiz olmaqla Ukrayna və Tunisə, hər biri 1,6 faiz olmaqla Kanada, Birləşmiş Krallıq və Almaniyaya, 1,5 faizini Tailanda, hər biri 1,4 faiz olmaqla Belarus və Çinə, 1,3 faizini İsveçrəyə, 0,8 faizini Yunanıstana, 0,7 faizini Çexiyaya, 5,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib. Cari ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,8 faiz, kartof 12,9 faiz, şəkər 2 dəfə, bitki yağları 27,8 faiz, meyvə və tərəvəz şirələri 15,5 faiz, meyvə və tərəvəz konservləri 19,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 10,7 faiz, pambıq lifi 1,9 dəfə, pambıq ipliyi 1,8 dəfə, qara metallardan borular 12 faiz artıb, təzə tərəvəz ixracı isə 23,6 faiz, çay 21,3 faiz, tütün 45,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 30,7 faiz, polietilen 11,5 faiz, emal olunmamış alüminium 41,8 faiz, bentonit gili 4,2 faiz azalıb.

Mənbə:
0
355
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar