Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, 9718 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

Son sutka ərzində 2755, hazırkı dövrədək isə 6 977 685 test aparılıb.

6 iyul tarixində ARTİ-nin rəhbər heyəti “British Council” təşkilatının nümayəndələri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, təşkilatlar arasında gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı görüşdə şagird və müəllimlərin ingilis dili səviyyəsinin müəyyən edilməsi, şagirdlərin öyrənməsini yaxşılaşdırmağa hədəflənən müəllimlərin peşəkar inkişaf proqramları, birgə tədqiqatlar müzakirə olunub. Eyni zamanda “SABAH Magistratura” proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq və “Sabah.Lab” Akselerasiya Mərkəzi ilə birgə startaplara dəstək kimi mövzulara toxunulub.

Görüşdə iki təşkilat arasında əməkdaşlıq üçün müxtəlif təhsil pillələri üzrə yeni imkanlar, onların təhsil sisteminə verə biləcəyi töhfələr və gələcək layihələr, həmçinin “Future English” onlayn platforması vasitəsilə müəllimlərin inkişafı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, ali təhsil müəssisələrində innovasiyanın inkişafı haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, İmtahan xidmətləri üzrə meneceri Nərgiz Əkbərova, Tədris mərkəzinin koordinatoru Sevinc Ağazadə, ARTİ-nin direktoru Rüfət Əzizov, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Günay Əliyeva iştirak ediblər.

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

DİM-dən AzEdu.az bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını təqdim edirik:

III ixtisas qrupu, DT altqrupu (Azərbaycan bölməsi);
III ixtisas qrupu, TC altqrupu (Azərbaycan bölməsi);
III ixtisas qrupu, DT altqrupu (rus bölməsi);
III ixtisas qrupu, TC altqrupu (rus bölməsi).

4 ilə yaxın müddətdir ki, subbakalavrlar ali təhsil müəssisələrinə imtahansız şəkildə qəbul olmaq imkanı əldə ediblər.

Lakin bəzi kolleclər bu imkandan istifadə edərək subbakalavrlar üçün imtahan və digər tədris proseslərində süni maneələr yaradırlar.

Bu, da kollecdə oxuyanların narazılığına səbəb olur.

AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov vurğulayır ki, subbakalavrların ali məktəblərə qəbul olunması təqdirəlayiq addımdır:

“Hazırda 54 orta ixtisas təhsili müəssisəsində 60 minə yaxın subbakalavr təhsil alır. Azərbaycanda kolleclərə qəbul həm 9, həm də 11 illik bazadan həyata keçirilir. Təhsil Haqqında Azərbaycan Respublikasının Qanuna 2018-ci ildə edilmiş dəyişikliyə əsasən, kollec məzunları, yəni subbakalavrlar qəbul imtahanında iştirak etmədən ixtisas seçimi etmək imkanı əldə ediblər. Hər il 6-7 min şəxs məhz bu imkandan yararlanaraq tələbə adını qazanır. Bu, da gənclərin kolleclərə meyillənməsini artırıb”.

O, bəzi universitetlərin kollec məzunlarına yanaşmasından söz açıb:

“Amma bir neçə ali təhsil müəssisəsi var ki, onlar kollec məzunlarının tədrisin keyfiyyətini aşağı saldığını düşünürlər. Həmçinin, bir sıra universitetlərdə fikirlər yaranır ki, subbakalavrlar ali təhsilin keyfiyyətini qaldıra bilməzlər. Bu, çox yanlış yanaşma tərzidir. Misal olaraq 11-ci sinifi bitirən şəxslər yüksək balla qəbul olsalar belə, onlar ixtisasla bağlı bilgilərə malik deyil. Ən azından kollecdə 2 il oxumuş şəxs müəyyən ixtisas üzrə bilik və bacarıqlara malikdir, mütəxəssisdir”.

Ekspert deyir ki, subbakalavrlara bəzi əngəllər də yaradılır:

“Subbakalavrlara süni əngəllərin yaradılması ona görə baş verir ki, onlar müəyyən qədər oxuduqları üçün işləməyə daha çox meyilli olurlar. Subbakalavrlar qiyabi oxumaq istəyirlər. Hesab edirəm ki, hər kəsin təhsil almaq hüququ tanınmalıdır. Bütün ali təhsil müəssisələri subbakalavrların istəklərinə uyğun olaraq qiyabi təhsil almalarına şərait yaratmalıdır. Çünki ali təhsil müəssisələri əmək bazarının tələblərinə və müasir atandartlara cavab verən kadrlar hazırlaya bilmirlər. Mütəxəssislər özlərinin getdikləri fərdi kurslarda və tədris mərkəzlərində, həmçinin, istehsalat və iş yerlərində inkişaf etdirirlər. Birmənalı olaraq ali təhsil müəssisələri subbakalavrlara bu problemi yaratmamalıdırlar, çünki onlar təhsil almaq istəyir və gələcəkdə karyera inkişafına maraqlıdırlar. Amma hazırda dövlət kolleclərində vəziyyət sağlam deyil. İmtahan sesiyası və dövlət imtahanları ilə bağlı problemlər mövcuddur. Əsassısz pul yığılmaları kimi hallar müşahidə edilir”.

O, qeyd edir ki, kolleclərdə də vəziyyət ürəkaçan deyil:

“Ümumilikdə bu gün kolleclərin özləri də əmək bazarına uyğun kadr hazırlaya bilmirlər. Onlar müasir çağırış və tendensiyalardan kənardırlar. İnnovativ yeniliklər demək olar ki, yoxdur. Bütünlükdə hesab edirəm ki, tələbələrə süni maneələrin yaradılması prosesinə son qoymaq lazımdır, hər kəsin təhsil alamaq hüququ təmin olunmalıdır”.

ARTİ MDPİM tərəfindən MİP təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər 30 iyun tarixində başa çatıb.

AzEdu.az xəbər verir ki, təlimlər 16-30 iyun tarixində müxtəlif məzmunda olmaqla, 38, 75, 173, 227, 301, 178, 154, 35, 18, 51 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri üçün keçirilib.

Təlimlərin məqsədi ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarına uyğun olaraq onlara metodik dəstəyin göstərilməsi, Azərbaycan dili, riyaziyyat fənləri, metodika və pedaqogika istiqamətində müəllimlərin yeni metod və yanaşmalarla tanış olaraq bilik və bacarıqlarının artırılmasıdır.

Təlimlərdə “Oxuyub anlama bacarıqlarının artırlması”, “Azərbaycan dili dərslərində kommunikativ bacarıqların inkişafı”, “Müxtəlif tipli məsələlərin həlli”, "Sinfin idarə olunması", "Pedaqogika və metodika", “Dil qaydaları” mövzuları öz əksini tapıb, müəllimlərə Sertifikasiya imtahanına hazırlıq istiqamətində dəstək göstərilib. Təlimçi qismində isə Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova, MDPİM-in metodik xidmət şöbəsinin mütəxəssisi Aynur Həşimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva iştirak ediblər. Təlim zamanı adıçəkilən mövzular üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlara uyğun qrup işləri həyata keçirilib.

Bəzən təhsil haqlarının miqdarı narazılıqlara səbəb olur. Əksəriyyət, universitetlərdə tədrisin keyfiyyətinin aşağı olduğunu və məbləğin buna dəymədiyini qeyd edərək, öz etirazını bildirir. Bəs xarici ölkələrdə təhsilhaqlarınə qədərdir

AzEdu.az mövzu ilə bağlı araşdırmanı təqdim edir

Meksika: Tələbələr üçün dünyanın ən yaxşı şəhərlər biri olan Mexikoda xarici bakalavr tələbələri üçün təhsil haqları fərqlidir, özəl universitetlər daha çox ödəniş alır və orta hesabla ildə təxminən 6,300 ABŞ dolları təşkil edir

Almaniyada bakalavr təhsil haqqı 6500-26000 avro, magistr pilləsi üzrə 1000-40000 avrodur.

Fransada təhsil haqları yerli və xarici tələbələr üçün eynidir. Bakalavr (lisenziya) proqramları üçün illik 200 ABŞ dolları, əksər magistr proqramları üçün 285 ABŞ dollar və Doktorantura proqramları üçün 445 ABŞ dolları tələb olunur.

İtaliyada ali təhsil müəssisələrində təhsilhaqqı 3000 avrodan-20000 avroya qədər yüksəlir.

Niderlandda bakalavr pilləsi üzrə təhsil haqqı 7500-19000, magistr pilləsi üzrə 5000-30000 avrodur.

Böyük Britaniya: həm dövlət, həm də özəl universitetlərində bakalavr dərəcəsi üzrə təhsil haqqı 7000-40000 avro, milliyyətindən asılı olmayaraq bütün tələbələr üçün ümumi təhsil haqqı 8000-45000 avro arasında dəyişir.

Qeyd edək ki, xaricdəki özəl universitetlərdə tələbələr üçün təhsil haqları bakalavr pilləsi üzrə adətən 6000-15000 avro, magistr dərəcəsi üzrə 3000-23000 avro arasındadır.

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, dekan müavini Şahin Maşayev, həmçinin bir qrup tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.

AzEdu.az xəbər verir ki, AzTU ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində gerçəkləşən səfər ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədilə təşkil olunub.

Tanıtım səfəri emal sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub.

Səfər zamanı Cəmiyyətin mütəxəssisləri qonaqları maraqlandıran sualları cavablandırıb.

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarına başlanılır

AzEdu.az xəbər verir ki, iyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.

Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb. İyunun 1-dən başlayan və iyulun 5-dək davam edən imtahan sessiyasında ümumilikdə 1100 imtahan keçirilib. Sessiya müddətində imtahanların tam şəffaf və mövcud qaydalara uyğun təşkili məqsədilə lazımi inzibati və texniki tədbirlər ən yüksək səviyyədə təşkil edilib.

AzEdu.az xəbər verir ki, imtahan prosesi BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla, universitet rəhbərliyi tərəfindən hər gün diqqət mərkəzində saxlanılıb, eyni zamanda tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndirilməsinin təmin olunması üçün imtahanların gedişinə ciddi nəzarət edilib. İmtahan nəticələri imtahan keçirildiyi gün fənn müəllimi tərəfindən universitetin Elektron Məlumat Sisteminə yerləşdirilib.

Bundan əlavə, imtahan sessiyasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılması məqsədilə Apellyasiya komissiyası təşkil edilib. Nəticələrdən narazı qalan tələbələrin imtahan bitdikdən sonra ərizə ilə komissiyaya maneəsiz müraciət etmələri üçün bütün imkanlar yaradılıb. Məlumat üçün bildirək ki, sessiya ərzində komissiyaya cəmi 412 müraciət daxil olub.

Ümumilikdə müraciətlərin tələbələrin lehinə həll olunması istiqamətində qərarlar verilib. Belə ki, komissiyanın qərarına əsasən müraciətlərdən 167-si müsbət həllini tapıb. 245 müraciət üzrə isə tələbələrin imtahan nəticələrinə müəyyən ballar əlavə edilib. Bu dəyişikliyin 91-i texniki səhvlərin aradan qaldırılması, 79-u isə tələbələrin cavab kağızında onların lehinə müəyyən nüansların olması əsas götürülməsi ilə əlaqədar olub.

Bütövlükdə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, qərəzsizliyin və obyektivliyin qorunduğu imtahan sessiyası yüksək fəallıq şəraitində baş tutub və uğurla yekunlaşıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

AzEdu.az xəbər verir ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zaman 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

AzEdu.az xəbər verir ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zaman 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Azərbaycan universitetlərinin məzunları arasında fərqlənənlərdən biri də 94.7 ümumi ortalama göstərici ilə Murad Mirzadədir.

Mirzadə Murad Elşən oğlu, 2000-ci il noyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2018-ci ildə Bakı şəhəri Fizika – Riyaziyyat təmayüllü liseyi yüksək qiymətlərlə bitirərək, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olub.

Təhsili müddətində bir çox mükafatlara layiq görülən Murad, Respublika və Beynəlxalq dərəcəli elmi konfransların iştirakçısıdır. Həmmüəllifi olduğu məqalə 2021-ci ildə Rusiya Federasiyasının Penza şəhərində I dərəcəli diploma layiq görülmüşdür.

İstedadlı məzunumuz AzEdu.az-a açıqlamasında bakalavr təhsili üçün Azərbaycan Memarlıq və İncəsənət Universitetini seçməsinin səbəblərini qeyd edib:

“Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fizika-riyaziyyat təmayüllü liseyini yüksək qiymətlərlə bitirmişəm. Daha sonra isə məhz AzMİU-nu seçdim. Çünki bu universitetin Memarlıq fakultəsi ölkənin ən öndəgələn və qocaman fakultələrindəndir. Məhz burada təhsilin ingilis bölməsində yüksək keyfiyyətli tədrisin aparılması səbəbilə seçimim bura oldu”.

Murad, təhsili müddətində dərslərlə yanaşı bir çox tədbirlərdə iştirak etdiyini bildirərək, qazandığı təcrübələrin əhəmiyyətindən danışıb:

“Sözsüz ki, tədris zamanı çox maraqlı və yaddaqalan məqamlar olurdu. Təhsil aldığım müddətdə fakultəmiz bir çox xarici elmi araşdırma mərkəzləri, nüfuzlu universitetlərlə əməkdaşlıq qurmuşdu. Biz dərslərdən əlavə müxtəlif konqreslərdə, “workshoplarda” və s. mötəbər tədbirlərdə iştirak edirdik. Dərslərlə birlikdə bu tədbirlərdə iştirak etmək müəyyən qədər çətin idi, lakin bunlar həm çox maraqlı olurdu, həm də bizə böyük təcrübə qazandırırdı. Tədrisimiz ingilis dilində aparılırdı və iştirak etdiyimiz “workshoplar” da ingilis, italyan kimi xarici dillərdə təşkil edilirdi. Nəticədə biz xarici professorlardan, mütəxəssislərdən aldığımız təcrübəni müəllimlərimizlə birlikdə öz üzərimizdə tətbiq edirdik. Bu layihələrimizdə həqiqətən öz əksini tapırdı. Belə ki, mən 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görüldüm. Eyni ildə ittifaqın, Memarlıq fakultəsinin 10 ən istedadlı gəncləri üçün nəzərdə tutulan xüsusi təqaüdünə layiq görüldüm. Bütün bunlar təhsilimizdəki yeniliklər nəticəsində gördüyümüz işlərə verilən qiymətdir”.

O, ali təhsilini davam etdirmək üçün xarici ölkələrdən təklif aldığını və seçim mərhələsində olduğunu nəzərə çatdırıb:

“Magistratura təhsilimlə bağlı xüsusi planlarım var. Bizim Memarlıq fakultəsi Britaniya Memarlarının Kral İnstitutunun akkreditasiyasını alıb. Mən də öz akkreditasiyamın davamı olaraq xaricdə təhsil almağı planlaşdırıram. Britaniyanın və dünyanın ən nüfuzlu universitetlərindən olan Mançester Memarlıq Məktəbindən qəbul almışam. Həmçinin təhsilimi davam etdirməyim üçün Belçika, Macarıstan və s. kimi xarici ölkələrdən mənə təkliflər gəlib. Hazırda araşdırma edirəm və magistratura təhsilimi universitetlər arasında ən yaxşısında almağı planlaşdırıram”.

İstedadlı gəncimiz gələcəkdə təhsilini başa vurduqdan sonra fəaliyyətini ölkəmizdə davam etdirəcəyini bildirib:

“Mən də hər bir Azərbaycan vətəndaşı kimi xaricdə qazandığım təcrübəni öz ölkəmdə tətbiq etmək, burada öz sahəmə töfhə vermək istəyərəm. Təhsilimi başa vurduqdan sonra ölkəmizə qayıdıb, yerli mütəxəssislərlə, təhsilini yeni bitirmiş gənclərlə bölüşmək mənim üçün böyük qürur olar”.

Murad, məzun olduğu universitetin gələcək tələbələrlə tövsiyələrini bölüşərkən, təcrübənin xüsusi vacibliyini vurğulayıb:

“Tədrisdə çox mühüm məsələlərdən biri olan təcrübəyə diqqət etsinlər. Dərslərinə məsuliyyətlə yanaşsınlar, imtahana o ərəfədə deyil, daha əvvəldən hazırlaşsınlar. Mühazirələrə məsuliyyətlə yanaşsınlar. Eyni zamanda universitet dərslərindən başqa hər zaman təcrübə ilə məşğul olsunlar. Rektorumuz da hər zaman bizə bunu aşılayıb. Hazırda inkişaf etmiş mütəlif qurumlar fəaliyyət göstərir, onlardan birində təcrübə keçsinlər, “worshoplarda” iştirak etsinlər. Bu kimi fəaliyyətlərin tələbələrə çox böyük qatqısı olacaq. Eyni zamanda bacardıqları qədər dünyaya açılmağa çalışsınlar, mütəxli dillər öyrənsinlər. Çünki memarlıq digər dünya ölkələrində kifayət qədər inkişaf edib”.

Qeyd edək ki, o, 2020-ci ildə AzMİU-nun Memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İntitutunun (RIBA) akreditasiyasından keçməsinin ardından RIBA-ya tələbə üzv olan ilk Azərbaycanlı gənc olmuşdur. Elə həmin ildən M-Arch Group MMC-də memar vəzifəsində çalışır. 2020-21-ci illərdə həmin qurumun nəzdində onun təşəbbüsü ilə yaradılmış “Gənc Memarlar Klubu”-na rəhbərlik etmişdir.

Təhsil naziri Emin Əmrullayev son müsahibəsi zamanı ölkəmizdə mövcud olan rusdilli təhsilin keyfiyyətində müəyyən qədər aşağı nəticələr əldə olunduğunu deyib.

Bu fikir rusdilli məktəblərdə təhsil alan şagirdlər və onları bu istiqamətə yönləndirən valideynlər tərəfindən də birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı AzEdu.az-a danışan professor, əməkdar elm xadimi Fərrux Rüstəmov rusdilli təhsilin ölkəmizdə olan inkişaf dinamikası və hazırki vəziyyəti barədə məlumat verib.

“Rus bölmələrinin seçilməsində azalma halları müşahidə olunur. Uzun illərdir ki, Azərbaycan məktəbləri ilə yanaşı rusdilli təhsil ocaqları da ölkəmizdə fəaliyyət göstərməkdədir.

SOVET hakimiyyəti illərində isə rusdilli məktəblərin sayı həddindən artıq çox idi. Əhalinin böyük əksəriyyəti həmin zamanlar rus dilinə üstünlük verirdi. Çünki ölkəmizdə böyük rus icması fəaliyyət göstərirdi. Dövlətimiz müstəqillik qazandıqdan sonra rusdilli məktəblərin sayı tədricən azalmağa başladı.

Lakin son 10 il ərzində rudilli məktəblərə təlabat çox idi. Çünki Rusiya bizim qonşumuzdu, böyük dövlətlərdən biridir, o, böyük elm və təhsil bazarıdır. Həmçinin, iqtisadi əlaqələrimiz də davam etməkdədir. Əhalimizin böyük hissəsi Rusiyada yaşamaqdadır, bir çox şəxslərin qohumları orada məskunlaşıb. İnsanlarımız düşünür ki, şagirdlər rusdilli məktəbləri bitirdikdən sonra həm öz ölkəmiz, həm də Rusiyada oxuyub işləyə bilərlər .Rusiyanın böyük ölkə olduğunu etiraf etmək lazımdır. Amma insanların istədi-istəmədi rusdilli məktəblərə getməsi bir qədər ürəkaçan deyil”.

Professor rusdilli təhsilə olan marağın azalmasının səbəblərini izah edir:

“Lakin Rusiya və Ukrayna arasında müharibə başladıqdan rusdilli təhsilə olan marağın faiz nisbəti bir qədər aşağı düşdü. Son illərdə inglisdilli məktəblərə də xüsusi diqqət artıb. Valideynlər bu dildə olan təhsilə də meyil edirlər. Bu sahədə xeyli məktəb və təhsil müəssisələri var. Bu il ibtidai sinif müəllimliyini inglis dili üzrə bitirən ilk 14 şəxs məzun olub. Onlar sentyabr ayından fəaliyyətlərinə başlayacaqlar.

Rəsmilər etiraf edir ki, birinci sinifə qəbulda rus dilinə olan maraq azalıb. Buna da əsas səbəb Rusiya və Ukrayna arasında olan müharibənin törətdiyi fəsadlardır. Dünyada belə bir tendensiya baş verib ki, insanlar Rusiyadan incik düşüb. Lakin təhsildə də kəsin şəkildə azalmanı müşahidə etmirəm, əvvəlki illərdə rus dilli təhsili seçənlər daha çox idi. Amma bu təhsil dilində də ciddi üstünlüklərin olduğu deyilə bilməz.

Yaxşı olar ki, hər bir Azərbaycan vətəndaşı doğma ana dilində təhsil alsın. Heç olmasa, ibtidai təhsili insan öz dilində başa vurmalıdır. Ulu öndər Heydər Əliyev deyib ki, istəyərdim ki, hər bir Azərbaycan vətəndaşı Nizamini öz, Şekspri inglis və Puşkini rus dilində oxusun, amma Azərbaycan dilini digər dillərin heç birinə qurban vermək olmaz. Dil bizim tariximiz, keçmişimiz və sabahımızdı. Başqa bir dili bilmək insanın zənginliyidi, lakin hamı ana dilində bilməlidi. Ana dilində təhsil almayan, onu bilməyən, öz dilimizdə düşünməyən insan millətə fayda verə bilməz. Nitq iki hissəyə ayrılır: daxili və xarici.İ nsan hansı dildə düşünürsə, o, onun ana dilidir”.

9 illik bazada kolleclere ixtisas seçimini bu tarixdə başlayır.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 9 illik bazada kolleclere ixtisas seçiminin iyulun sonu aparılması nəzərdə tutulur

Qeyd edək ki, hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Təhsil Nazirliyi AzEdu.az-a bildirib ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır.

Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Təhsil Nazirliyi AzEdu.az-a bildirib ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır.

Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur.

Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün elan edilən təqaüd proqramına sənəd qəbulu davam edir. Təqaüd proqramına müraciət üçün son tarix 10 iyul 2022-ci il nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, təqaüd proqramı magistratura təhsil səviyyəsi üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

AzEdu.az xəbər verir ki, növbəti vebinar 8 iyul 2022-ci il tarixində, saat 15:00-da “Altstandartlardan təlim nəticələrinin çıxarılması” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova çıxış edəcək.

Vebinarın əsas məqsədi müəllimlərin səmərəli perspektiv və gündəlik planlaşma bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

əhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilən PISA 2022 qiymətləndirmə tədqiqatının əsas mərhələsi yekunlaşıb.

AzEdu.az xəbər verir ki, Bakı üzrə 178 ümumtəhsil müəssisəsindən həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə 7912 şagird qiymətləndirmədə iştirak edib. İştirakçıların 47%-i qız, 53%-i oğlan olub. PISA-da 15 yaşlılar iştirak etdiyi üçün bu şagirdlər müxtəlif sinifləri təmsil ediblər. Azərbaycanda VII, VIII, IX, X və XI siniflərdən müvafiq olaraq, 0,2%, 2,5%, 30,8%, 66,3% və 0,2% şagird tədqiqatda iştirak edib. Göründüyü kimi, 95%-dən çox şagird IX və X sinif şagirdləridir.

Qeyd edək ki, qiymətləndirmə tədqiqatı Bakı şəhərinin 220, 32, 291, 56 və 129 nömrəli məktəblərində yaradılan imtahan mərkəzlərində həyata keçirilib. Proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil olunub.

PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşüncə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.