Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşündə qarşılıqlı etimadın gücləndirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Hədəflər və tapşırıqlar ilk görüşdə müzakirə edilib. Əsas hədəf tam normallaşmadır. Ermənilər də bundan çox razıdır. Aviaresylərin açılması və nümayəndələrin təyin edilməsindən sonra indi tam normallaşma və qarşılıqlı etimadın gücləndirilməsi addımları müzakirə ediləcək”, - Çavuşoğlu bildirib.