Rusiyanın "AvtoVAZ" şirkəti 2023-cü ilin birinci yarısında Lada Vesta-nın istehsalını bərpa edəcək.
FED.az xəbər verir ki, bunu şirkətin prezidenti Maksim Sokolov bildirib.
“Biz Lada Vesta-nın istehsalını bərpa etməyi hədəfləyirik. Biz demək olar ki, gecə-gündüz sanksiya siyahısına düşən komponentlərin lokallaşdırılması məsələlərini həll edirik. Və onun buraxılışına 2023-cü ilin əvvəlində başlanacağını planlaşdırırıq”, - o deyib
Sokolovun sözlərinə görə, yenilənmiş Lada Niva 95% lokallaşdırılmış komponentlərdən ibarət olacaq. Bu, Rusiyada istehsal olunan ən yüksək lokallaşdırılmış modellərdən biridir. (Marja)