Avrora Qrup Ramazan bayramı ilə əlaqədar qazi və şəhid ailələri ilə görüşüb - FOTOLAR

(®️) Avrora Qrup beş əsas dəyərindən biri olan “Sosial və ictimai məsuliyyət” konsepsiyasına uyğun olaraq Ramazan bayramı ilə əlaqədar yardım aksiyası keçirib. Şirkət aksiya zamanı Qızıl Aypara Cəmiyyətində qeydiyyatda olan II Qarabağ müharibəsində iştirak etmiş qazilərimizin və şəhidlərimizin ailələri ilə görüşmüş, onlara bayram sovqatı çatdırmışdır.

Yardım aksiyası Binəqədi rayonunun 9-cu və 7-ci mk. rayon ərazisində, Rəsulzadə qəsəbəsi və Binəqədi kəndində, Nizami və Sabunçu rayonu ərazisində keçirilib.

Bundan başqa Avrora şirkəti aztəminatlı, kimsəsiz, yaşlı və əlil insanları da unutmayıb. Belə ki, şirkət Suraxanı Rayonu İcra Hakimiyyətində qeydiyyatda olan ailələrə ərzaq bağlamaları təqdim edib.

Qeyd edək ki, Avrora Qrup korporativ sosial məsuliyyət layihələri planına əsasən yanvar ayından etibarən hər ay Suraxanı rayonu üzrə şəhid və qazi ailələlərinə də ərzaq bağlamaları göndərir.

AvroraQrupRamazanbayramQarabağqazişəhid
0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar