Avropa İttifaqı Qüdslə bağlı çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı Şərqi Qüds də daxil olmaqla, Qəzza zolağı və ətrafında Qərbi Şəriyədə gərginliyin artmasını dərhal dayandırmağın lazım olduğunu açıqlayıb.

Müvafiq bəyanat ötən gün Aİ xarici siyasət xidmətinin saytında dərc edilib.

Aİ müqəddəs yerlərin status kvosuna hörmət edilməsinin zəruriliyini qeyd edib.

Mətndə mülki itkilərin qarşısının alınmasının ümumi prioritet olduğu vurğulanır.

Xatırladaq ki, 2-ci həftədir İsrail rejimi Şərqi Qüdsdə fəlsətinlilərə qarşı zorakılıq təbiq edir, Qəzza zolağına hücumlar edir.

0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar