"Atletiko" Argentina yığmasının üzvünü transfer etdi

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, madridlilər digər A Seriyası təmsilçisi "Udineze"nin 27 yaşlı argentinalı yarımmüdafiəçisi Rodriqo De Paulu transfer etdiyini rəsmən açıqlayıb.

Sport7.az xəbər verir ki, tibbi baxışdan uğurla keçən Argentina millisinin üzvü Madrid təmsilçisi ilə beşillik müqaviləyə imza atıb. Keçidin İspaniya çempionuna 35 milyon avroya başa gələcəyi vurğulanır.

2016-cı ildən "Udineze"nin formsı geyinən De Paul 2020/21 mövsümündə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 38 matçda 9 qola, 11 məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

Mənbə:
0
677
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar