AZ

Saatlıda canavarlar kəndə hücum etdi

Saatlıda canavarlar kəndə hücum edərək 14 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Publika.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.

Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Nəticədə 14 baş xırdabuynuzlu heyvan tələf olub, 8 baş heyvan isə yaralanıb.

Dərhal müvafiq qurumlara məlumat verilib. Əraziyə baytarlar dəvət edilib. Yaralı heyvanlara isə vaksin vurulub, ərazidə dezinfeksiya işləri aparılıb.

Seçilən
87
13
publika.az

10Mənbələr