AZ

Azərbaycana hansı ölkədən nə qədər turist gəlir? - Cədvəl

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1502,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ən çox turist Rusiyadan gəlib. Belə ki, Rusiya Federasiyasından Azərbaycana səfər edən turistlərin sayı 438 min 788 nəfər olub.

İkinci yerdə Türkiyə (247 min 945 nəfər), üçüncü yerdə isə Hindistan (139 min 751 nəfər) qərarlaşıb.

Azərbaycana səfər edən turistlərin hansı ölkələrdən gəldiyini aşağıdakı cədvəldən görə bilərsiniz:

                     Ölkələr     Gələn turistlərin sayı     Faizlə
Rusiya                                    438 788 29,2
Türkiyə                                   247 945 16,5
Hindistan                                   139 751 9,3
İran                                   124 724 8,3
Səudiyyə Ərəbistanı                                     63 113 4,2
Gürcüstan                                     60 108 4
Qazaxıstan                                     48 086 3,2
Pakistan                                     40 573 2,7
Birləşmiş Ərəb Əmirlikləri                                      25 546 1,7
Özbəkistan                                     25 546 1,7
Çin                                     22 540 1,5
Ukrayna                                     19 535 1,3
Küveyt 19 535 1,3
Türkmənistan                                     18 032 1,2
Oman 16 529 1,1
İsrail                                     16 529 1,1
Belarus 15027 1
Digər ölkələr                                  160 789 10,7

Əvəz Həsənov

Seçilən
136
49
valyuta.az

10Mənbələr