AZ

Lyuis Həmilton Seneqalın tarixi və mədəniyyəti ilə tanış olub

F-1.az xəbər verir ki, bu il onun marşrutu Mərakeşdən başlayıb və indi Lyuis Seneqalda olub. Sosial şəbəkələrdə o, belə maraqlı paylaşım edib:

“İkinci ildir ki, mənə şans üz verir: yay fasiləsində Afrikaya səyahət edirəm. Buraya ilk dəfə gələndə bu dünyanın necə gözəl ola biləcəyindən sadəcə heyrətləndim. Həm də bu səyahət müalicəvi təsir göstərir və indiki səyahət də belə oldu. Əvvəlki kimi, özümü sakitləşmiş hiss edirəm”, – deyə Həmilton bildirib.

Lyuis qeyd edib ki, marşrutun ən inanılmaz hissəsi Qore adasına (Île de Gorée – YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib) səfər olub. Əsrlər boyu bu ada Afrikanın sahilində qul ticarətinin ən böyük mərkəzi olub.

“Orada çox ağır hisslər keçirirsən. Hətta təsəvvür etmək belə mümkün deyil ki, insanlar əsrlər boyu doğma torpaqlarından qoparılıb və qul kimi satılıblar. Mən bütün bunların yükünü həqiqətən hiss etdim. Tarixi öyrənmək və əcdadlarımızı xatırlamaq çox vacibdir…”

Həmilton Seneqala təşəkkürünü bildirib: “Orada görüşdüyüm hər kəs gözəl insan idi və mən mütləq oraya qayıtmalıyam. Hamıya tövsiyə edirəm ki, orada olsunlar”.

Seçilən
44
f-1.az

1Mənbələr