AZ

Ermənistanda qorxulu virus yayılır

Ermənistanda Qərbi Nil virusu yayılıb. SİA yerli mətbuata istinadən xəbər verir ki, virusa 20 nəfər yoluxub, bir nəfər isə ölüb.

Bildirilir ki, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.

Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
24
sia.az

10Mənbələr