AZ

Cənubi Koreyada anomal istilər davam edir

Cənubi Koreya Meteorologiya İdarəsi ölkədə müşahidə edilən anomal istilərlə bağlı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, açıqlamada Seulda ardıcıl olaraq 27-ci "tropik isti gecəsi"ni yaşadığı, ən aşağı temperaturun isə 27,2 dərəcə olduğu bildirilib.

Qeyd edilib ki, ölkənin Busan şəhərində ən aşağı temperatur 26,6 dərəcə ilə ardıcıl 23-cü “tropik isti gecə” yaşanıb.

Beləliklə, Seulda müasir meteoroloji müşahidələrin başladığı 1907-ci ildən bəri ən uzun ardıcıl “tropik isti gecələr” rekordunun qırıldığı qeydə alınıb.

Tropik gecə temperaturun 25 dərəcə və ya daha yüksək olduğu zaman səhər saat 18:00-dan ertəsi gün səhər saat 09:00-dək baş verir.

Cənubi Koreya Meteorologiya İdarəsi 2018-ci ildə "ən isti iyun" olaraq qeydə alınan temperatur rekordunun qırıldığını açıqlayıb.

Açıqlamada həddindən artıq istilər səbəbilə Seul da daxil olmaqla, ölkə daxilində 92 bölgədə həyəcan təbili çalındığı, iyul-avqust dövründə temperaturun daha da artacağı bildirilib.

Seçilən
92
19
cebheinfo.az

10Mənbələr