AZ

Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alındı

Bakı. Trend:

Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinəyoluxma şübhəsi ilə karantinə alınıb.

Trend türk KİV-lərinəistinadən xəbər verir.

Məlumata görə, xəstəxanaya yerləşdirilən həmin şəxsdə virusunbəzi əlamətləri aşkarlanıb.

Qeyd edək ki, meymunçiçəyinin əlamətləri qızdırma, baş, bel vəəzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar,öskürək, burun tutulması və titrəmədir. Bu nadir virus insanlarayaxın təmas, eləcə də heyvan vasitəsilə yoluxa bilir.

Xatırladaq ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox(meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqlabağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə haladlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyixəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkətəsdiqləyib.

Bundan əvvəl Pakistanda da meymunçiçəyinə yoluxma halı qeydəalınmışdı.

Məqalədə:
Seçilən
44
18
az.trend.az

10Mənbələr