AZ

Xaricdən gətirilən avtomobillər 4,4 min manat - BAHALAŞIB - QİYMƏT

Bu ilin yanvar-iyul aylarında xaricdən Azərbaycana ümumilikdə 943 milyon 791 min dollar dəyərində 51 min 179 ədəd avtomobil gətirilib.

FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 10% və ya 5 587 ədəd azalıb, dəyəri  baxımından 5% və ya 43 milyon 201 min dollar artıb.

2023-ci ilin müvafiq dövründə Azərbaycana 900 milyon 590 min dollar dəyərində 56 min 766 ədəd avtomobil idxal edilib.

Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 441 dollar (56 min 766 manat), ötən ilin eyni dövründə isə 15 min 865 dollar (26 min 970 manat) olub. İdxal qiyməti son bir il ərzində 2 min 576 dollar (4 min 379 manat), yəni 16% artıb

Hesabat dövründə idxal olunan avtomobilərin 7 milyon 949min dollar dəyərində 130 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 830 milyon 527 min dollar dəyərində 46 min 17ədədi minik avtomobilləri, 326 milyon 204 min dollar dəyərində 11 min 276 ədədi hibrid, 71 milyon 539 min dollar dəyərində 1 792 ədədi elektromobillər, 80 milyon 42 min dollar dəyərində 4 782 ədədi yük, 25 milyon 273 min dollardəyərində 250 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.

Seçilən
52
5
fed.az

6Mənbələr