AZ

Toyda 40 nəfərZƏHƏRLƏNDİ - YENİLƏNİB

Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Redaktor.az xəbər verir ki, AQTA-nın məlumatında bildirilir.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

10:09

 

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
25
47
redaktor.az

10Mənbələr