AZ

Bu gün Dohada sülh müqaviləsi imzalana bilər

Qətərin paytaxtı Dohada Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi üzrə danışıqların ilk günündə irəliləyiş əldə olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” öz mənbələrinə istinadən xəbər verir.

Bununla belə, müzakirələrin digər təfərrüatları açıqlanmayıb.

Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər danışıqları yekun nəticə əldə olunanadək davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, ABŞ-ni Doha görüşündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir.

Seçilən
37
8
veteninfo.az

10Mənbələr