Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.
Bu məlumat Ölkə.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən verilib.
"Epidemioloji vəziyyət nəzarət altındadır", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, Afrikada meymunçiçəyi səbəbilə sağlamlıq üçün fövqəladə vəziyyət elan edilib və bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənib.