AZ

Azərbaycan damaçısı gümüş qazanıb - FOTO

Latviyanın Jelqava şəhərində 100 xanalı dama üzrə gənclər arasında Avropa birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, birincilik klassik, sürətli, blits üzrə qaliblər bəlli olub.

Yarışda ölkəmizi kadetlər arasında (16 yaşa qədər) dəfələrlə Azərbaycan və beynəlxalq turnirlərin mükafatçısı Banu Əli təmsil edib. O, sürətli proqramda 32 nəfərdən ibarət olan turnirdə 9 turdan 13 xal yığıb. Azərbaycan damaçısı bu nəticə ilə Avropa birinciliyinin gümüş medalını qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
idman.biz

10Mənbələr