AZ

Bu ərazidə torpağın bir kvadratmetri 16 qəpiyə satışa çıxarıldı - FOTO

İsveçin Göteborqdan 150 kilometr şimalda yerləşən kiçik Götene şəhərində torpaqların 1 kvadratmetri 16 qəpiyə satışa çıxarılıb.

Turkustan.az xəbər verir ki, İtaliyanın başlatdığı 1 avroluq evlərin böyük maraq toplamasından sonra belə bir qərar verilib.

Şəhərin bələdiyyə başçısı Johan Mansson bölgəyə daha çox insanı cəlb etmək üçün bu addımı attıqlarını bildirib. Hazırda satışda olan torpaq sahələri 850 - 1200 kvadratmetr arasındadır.

May ayında plan elan edildikdən sonra minlərlə müraciət qəbul edilib. Lakin sıx tələbdən sonra tənzimləmələr etmək üçün avqustun əvvəlinə qədər satınalmalar dayandırılıb.

Digərləri kimi bu torpaqların alınmasının da müəyyən qaydaları var. Torpaqla bağlı tender prosesində iştirak etmək üçün ilk növbədə İsveç bank hesabınız olmalıdır.

Yeni alıcılar yaxın 2 il ərzində daimi yaşamaq və ya istirahət məqsədilə istifadə etmək niyyəti ilə torpaq sahəsində ev tikməlidirlər. Ev 24 ay ərzində tamamlanmazsa, alqı-satqı bələdiyyəyə qaytarılacaq və alıcı 100 min İsveç kronu (təxminən 16 min manat) məbləğində cərimə olunacaq.

Bundan əlavə, torpağı alan şəxs təxminən 170 min İsveç kronu (təxminən 27 min manat) təşkil edən su və kanalizasiya qoşulma haqqını da ödəməlidir. Tikinti icazəsi ödənişləri orta hesabla 30 min İsveç kronuna (təxminən 4 min manat) başa gəlir.

Rəsmilərin dediyinə görə, bu torpaqlar üçün xərclər torpağın öz dəyərindən artıqdır. Çünki Götene İsveçin ən böyük gölü olan Vänern gölünün yaxınlığındakı kənd ərazisində yerləşir. (publika.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
turkustan.az

10Mənbələr