AZ

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində təmir işləri aparılır

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimirayonunun 28 May küçəsində təmir işləri aparır.

Trend bu barədə agentliyəistinadən xəbər verir.

Sözügedən küçənin asfalt-beton örtüyündə müəyyən çat vəqabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunantəmir işləri bu problemin aradan qaldırmasına yönəldilib.

Təmir işləri küçənin Kövkəb Səfərəliyeva - Puşkin küçələriarasında yerləşən təqribən 500 metrlik hissəsində aparılır. Burdaköhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.Hazırda frezlənmiş hissəyə yeni asfalt örtüyünün döşənməsi işləriicra olunur.

Növbəti mərhələdə təmir işləri 28 may küçəsinin Puşkin - RəşidBehbudov küçələri arasında yerləşən hissəsi üzrə aparılacaq.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yağışbarmaqlıqlarının və yeraltı kommunikasiya xətlərinin baxışqapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icraolunacaq.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərintəhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkətiaparılan işlərdən asılı olaraq qismən və yaxud tamməhdudlaşdırılır.

"Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları,ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yolnişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayətetmələri, hərəkət istiqamətlərinə uyğun alternativ yollardanistifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Məqalədə:
Seçilən
110
22
az.trend.az

10Mənbələr