AZ

Bərdədə dörd yaşlı uşaq evdə vurulan iynədən ölüb » Medical Media



Bərdədə dörd yaşlı uşağın iynə vurulduqdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama verilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci il təvəllüdlü uşaq avqustun 13-ü saat 22 radələrində aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib.

"Aparılan reanimasiya tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Saat 22:58-də ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq", - deyə məlumatda qeyd olunur.

Seçilən
120
medicalmedia.az

1Mənbələr