Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul polisi tərəfindən şəhərdə keçirilən əməliyyat zamanı İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının partlayıcılar üzrə mütəxəssisi tutulub.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, , 43 yaşlı Əhməd Casim Abdullah partlayıcı qurğularla birlikdə ələ keçirilib.
Onun Türkiyədə terror aktları hazırladığı deyilib.
Hazırda Abdullah həbs edilib. Abdullahın ifadələri əsasında istintaq aparılır.