AZ

Superkubok: "Real Madrid" Varşavada "Atalanta"nı sınağa çəkəcək

Bu gün 49-cu UEFA Superkuboku "Atalanta" - "Real Madrid" matçında öz sahibini tapacaq.

Bizim.Media xəbər verir ki, Polşanın Varşava şəhərində keçiriləcək Superkubok uğrunda matçda UEFA Çempionlar Liqasının qalibi "Real Madrid"lə UEFA Avropa Liqasının qalibi "Atalanta" üz-üzə gələcək.

"Real Madrid"in müdafiəçisi Eduardo Kamavinqa "Atalanta" ilə görüşü zədə üzündən buraxmalı olacaq.

Təcrübəli futbolçu "Atalanta" ilə qarşılaşmadan öncə komanda ilə məşq zamanı ciddi zədə alıb.

"Real Madrid" klubunun həkimləri futbolçunun zədəsinin ciddi olduğunu və uzun müddət yaşıl meydanlardan uzaq qala biləcəyini deyiblər.

Qeyd edək ki, "Real Madrid" və "Atalanta" arasında keçiriləcək Superkubok görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



Bizim.Media

Seçilən
132
3
bizim.media

10Mənbələr