AZ

KL: İki komanda pley-offda

Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 görüş reallaşıb.

“Haken” Estoniyada "Payde" ilə 1:1 hesablı heç-heçə edib. İlk görüşdə 6:1 hesabı ilə qalib gələn İsveç təmsilçisi növbəti mərhələyə yüksəlib. “Paksi” isə "Mornar"la qarşılaşıb və bərabərə qalıb - 2:2. Macarıstan klubu ilk oyunda qazandığı 3:0 hesablı qələbəyə görə pley-offa adını yazdırıb. 

Qeyd edək ki, bu mərhələnin digər cavab matçları 14 və 15 avqustda keçiriləcək.

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

13 avqust

“Payde” (Estoniya) – “Haken” (İsveç) - 1:1
Qollar: Lundqvist, 7 (0:1), Saarma, 33 (1:1)

İlk oyun – 1:6

 “Mornar” ( Monteneqro) – “Paksi” (Macarıstan) - 2:2
Qollar: Vindeker, 14-pen. (0:1), Lenzser, 18-avtoqol (1:1), Zoriç, 60 (2:1), 86-avtoqol (2:2)

İlk oyun – 0:3

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
fanat.az

1Mənbələr