AZ

Konfrans Liqas: İki klub pley-offda

Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Payde” – “Haken” görüşündə qollu heç-heçə qeydə alınıb - 1:1. İlk oyunda 6:1 hesabı ilə qalib gələn İsveç təmsilçisi növbəti mərhələyə yüksəlib. “Mornar” – “Paksi” qarşılaşmasında da heç-heçə qeydə alınıb - 2:2. Macarıstan klubu ilk oyunda qazandığı 3:0 hesablı qələbəyə görə adını pley-offa yazdırıb.  Qeyd edək ki, bu mərhələnin digər cavab matçları 14 və 15 avqustda keçiriləcək. Konfrans Liqası III təsnifat mərhələsi, cavab oyunları 13 avqust 20:30. “Payde” (Estoniya) – “Haken” (İsveç) - 1:1 Qollar: Lundqvist, 7 (0:1), Saarma, 33 (1:1) İlk oyun – 1:6 22:45. “Mornar” ( Monteneqro) – “Paksi” (Macarıstan) - 2:2 Qollar: Vindeker, 14-pen. (0:1), Lenzser, 18-avtoqol (1:1), Zoriç, 60 (2:1), 86-avtoqol (2:2) İlk oyun – 0:3    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
matc.az

1Mənbələr