AZ

"Ukraynanın Rusiyanı iflic vəziyyətinə salmaq hüququ var..."

...Polşanın baş naziri Donald Tusk Ukrayna qüvvələrinin Rusiyanın Kursk bölgəsinə hücumunu şərh edib. O, Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini dəstəkləyib və vurğulayıb ki, Ukrayna özünü təcavüzkardan müdafiə etmək hüququna malikdir.

SİA xəbər verir ki, bu barədə Rzeczpospolita məlumat yayıb.

Ukraynanın Kursk bölgəsinə hücumu ilə bağlı sualı cavablandıran Tusk deyib ki,Ukraynanın hərəkətləri müdafiə xarakteri daşıyır. Rusiya qoşunlarının və Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynada etdikləri soyqırım, qeyri-insani cinayətlərin əlamətlərini daşıyır. Ona görə də Ukraynanın Rusiyanı təcavüzkar niyyətlərində ən təsirli şəkildə iflic edəcək şəkildə müharibə aparmaq hüququ var.

Polşanın baş naziri əlavə edib ki, ölkəsi Ukraynanı müdafiə müharibəsində dəstəkləyir.\

Əli Babayev

Seçilən
97
30
sia.az

10Mənbələr