AZ

Lekler: Biz belə bir vəziyyətdə olacağımızı gözləmirdik

F-1.az xəbər verir ki, Şarl Leklerin sözlərinə görə, komanda SF-24-ün sürətinin çatışmazlığına səbəb olan problemləri həll etmək və rəqabət qabiliyyətini artırmaq üçün hər şeyi edir. Həm də şassinin effektivliyinə Skuderiyanın mövsümün İspaniya mərhələsində təqdim etdiyi yeniləmələr kompleksi mənfi təsir göstərib, çünki ilin əvvəlində vəziyyət fərqli idi və Ferrari sürücüləri hərəyə bir qələbə qazanmışdılar. Karlos Sayns Avstraliya Qran Prisini qazanmış, Lekler isə Monakodakı ev trasında ən yaxşı olmuşdu.

Lakin Barselona mərhələsindən başlayaraq bolid yenidən yüksək sürətlərdə şaquli yırğalanmadan əziyyət çəkir və görünür ki, bu, İspaniya həftəsonunda Ferrari tərəfindən ilk dəfə sınaqdan keçirilən yeni altlıqla əlaqədardır.

Lekler etiraf etməyə məcburdur ki, komandasından belə əhəmiyyətli nəticələrin azalmasını gözləmirdi, çünki mövsümün əvvəlində o, yalnız Red Bull Racing-dən geri qalırdı, indi isə onu McLaren ötüb və Mercedes də artıq çatır.

“Düşünmürəm ki, mövsümün əvvəlində bizdə hər hansı xüsusi gözləntilər var idi, biz sadəcə öz vəzifələrimizə tam cəmlənmişdik. Amma əgər desəm ki, biz indi olduğumuz vəziyyətdə olacağımızı gözləyirdik, bu, yalan olardı, – deyə Şarl bildirib. – Bununla belə, bu maşınlara, ümumiyyətlə, nəyisə proqnozlaşdırmaq çətindir. Biz belə bir vəziyyətdə olacağımızı gözləmirdik, amma vəziyyət necədirsə, elədir.

Biz bolidin hansı sahələri ilə bağlı problemlərin olduğunu başa düşürük, nə üzərində işləmək lazım olduğunu bilirik. İndi biz vəziyyəti dəyişmək üçün mümkün olan bütün səyləri göstəririk”.

Təxminən eyni şeyi yay fasiləsindən əvvəl İtaliya komandasının rəhbəri Frederik Vassyör də demişdi: “Yırğalanmanın aradan qaldırılması dərhal bolidi daha effektiv edəcək. Biz problemi tez və keyfiyyətlə həll etmək üçün əlimizdən gələni edirik”.

Seçilən
112
f-1.az

1Mənbələr