AZ

ABŞ Qazaxıstanda bunu axtarır - Səfir elan etdi

ABŞ şirkətləri Qazaxıstanda kritik minerallar sahəsini inkişaf etdirməkdə maraqlıdır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Daniel Rozenblum məlumat verib.

O, amerikalı investorlar üçün yeni istiqamətləri inkişaf etdirməyə çalışdıqlarını bildirib:

"Bunlardan biri kritik minerallar və ya strateji əhəmiyyətli faydalı qazıntılar sahəsidir ki, Qazaxıstan hökuməti də bu sahəyə sərmayə cəlb etməkdə maraqlıdır. Artıq ABŞ şirkətlərinin maraq göstərdiyini və kəşfiyyat işləri aparmaq üçün buraya gəlməyi planlaşdırdığını görürük. Ümid edirik ki, bu sahə də inkişaf edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
7
olaylar.az

8Mənbələr