"Zirə"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Osiyek" növbəti transferini həyata keçirib.
“Football-plus.az” klubun saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi İsveç "Varnam"ının mərkəz müdafiəçisi Emin Hasiçi transfer edib. 21 yaşlı oyunçu İsveçin U-21 millisinin şərəfini qoruyur.
Qeyd edək ki, “Zirə”“Osiyek”lə ilk matçda səfərdə 1:1 hesablı heç-heçə edib. Bu komandalar arasında cavab görüşü avqustun 15-i "Dalğa Arena"da keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta