"Zirə"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Osiyek" növbəti transferini həyata keçirib.
QOL.az klubun saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi İsveç "Varnam"ının mərkəz müdafiəçisi Emin Hasiçi transfer edib.
21 yaşlı oyunçu İsveçin U-21 millisinin şərəfini qoruyur.
Qeyd edək ki, “Zirə” “Osiyek”lə ilk matçda səfərdə 1:1 hesablı heç-heçə edib. Bu komandalar arasında cavab görüşü avqustun 15-i "Dalğa Arena"da keçiriləcək.