AZ

“Zirə”nin rəqibi heyətini gücləndirdi

Xorvatiyanın “Osiyek” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda müdafiəçi Emin Hasiçini transfer edib. 21 yaşlı oyunçu İsveçin “Varnam” klubundan yeni komandasına qoşulub. 

O, eyni zamanda İsveçin U-21 millisinin şərəfini də qoruyur.

Qeyd edək ki, “Osiyek” Konfrans Liqasında “Zirə”nin rəqibidir. Tərəflər arasında Xorvatiyada baş tutan görüşdə hesab 1:1 başa çatıb.

Cavab qarşılaşması avqustun 15-i “Liv Bona Dea Arena”da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
idmanxeber.az

1Mənbələr