AZ

Evə girmiş zərərli sürünənlərlə bağlı hara müraciət etmək olar?

Bakı şəhərinin Xətai rayonunda Murad Məmmədliyə məxsus şəxsi evin içinə böyük bir ilan girib.

Ev sahibi Hit.az-a bildirib ki, səhər evin hamamına daxil olarkən döşəmədə böyük bir ilan görüblər.
 
İlanın zəhərli olmaq qorxusu ilə FHN-ə kömək üçün zəng etsələr də, ev sahiblərinə “biz ilanlarla məşğul olmuruq” cavabı verilib. Halbuki bu qurumun əməkdaşları ağacdan pişik düşürür, quyuya düşmüş hansısa heyvanların xilasına gedirlər.

Uzun araşdırmadan sonra ev sahibi özəl sanitar dezinfeksiya işləri ilə məşğul olan bir şirkətdən kömək istəyib.

Həmin şirkətdən gəlib, dezinfeksiya edib, ilanı tutub, aparıblar.

Maraqlıdır ki, ölkədə bu işi görən hansısa bir dövlət qurumu yoxdur?

Yəni yayda evə istənilən növ həşərat, sürünən daxil ola bilər. Bu zaman vətəndaşlar hara müraciət etməlidirlər? 

Bax bu sualın cavabı yoxdur. Ümid edirik, tezliklə cavab da,  əlaqədar qurum da tapılar.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
hit.az

1Mənbələr