AZ

"Zirə"nin Konfrans Liqasındakı rəqibindən yeni transfer

"Zirə"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Osiyek" kollektivi yeni transferini açıqlayıb.

Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Osiyek şəhərinin eyni adlı komandası mərkəz müdafiəçisi Emin Hasiçi sıralarına qatıb.

21 yaşlı oyunçu İsveçin "Varnam" klubundan transfer olunub. O, İsveçin U-21 millisinin şərəfini qoruyur.

Qeyd edək ki, “Zirə” komandası ilk matçda səfərdə “Osiyek”lə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması avqustun 15-i "Dalğa Arena"da reallaşacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
sportnet.az

10Mənbələr