AZ

Hollivud ulduzu qala gecəyə transparan libasda qatıldı

Dünyaca məşhur Hollivud aktrisası Holli Berri uzun müddətdən sonra üzə çıxıb.

OLAY yazır ki, sənətçi “Birlik” adlı yeni filminin qala gecəsinə qatılıb. 

57 yaşlı aktrisa qırmızı xalıya qara transparan libasda gəlib. 

Ulduzun stilisti alt paltarı üslubunda dekolteli və uzun qollu krujeva geyim seçib. Hollinin görünüşünü sadə qara topuqlu ayaqqabı və brilyant sırğalarla tamamlayıb. 

Diqqət çəkən məqam isə ulduzun artıq kilolu olması olub. Geyindiyi libas isə onun bu əgər-əskiyini daha da ön plana çıxarıb. 

Berri bədəninə görə utanan məşhurlardan deyil. Aktrisa bu yaxınlarda məşhur obrazı olan Pişik qadın rolunda çılpaq olub və filmin çəkiliş meydançasında geyindiyi orijinal maskanı taxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
olay.az

1Mənbələr